Tez-tez verilən suallar

1) Tariflərin hər bir növünə hansı avtomobillər aiddir?

— sifarişləri «Standart» tarifi üzrə yerinə yetirən avtomobillər — xaricdə istehsal edilən avtomobillər.

— sifarişləri «Komfort» tarifi üzrə yerinə yetirən avtomobillər — yaşı 5-dən çox olmayan, kondisionerlə təchiz edilmiş, xaricdə istehsal edilən avtomobillərdir.

— sifarişləri «Biznes» tarifi üzrə yerinə yetirən avtomobillər: xaricdə istehsal edilən biznes sinifindən avtomobillər;

— sifarişləri «Miniven» tarifi üzrə yerinə yetirən avtomobillər: 7-ə qədər sərnişin yeri olan xaricdə istehsal edilən avtomobillər;

— sifarişləri " Mikroavtobus " tarifi üzrə yerinə yetirən avtomobillər: 7-dən çox sərnişin yerləri olan xaricdə istehsal edilən avtomobillər.

«Universal kuzovla avtomobil " əlavə xidmətinin sifarişi zamanı sifarişi universal kuzovlu avtomobil yerinə yetirəcək.

2) Saytda (aplikasiyada) səfərin nümunəvi dəyərinin hesablaması 10 azn, təxmini vaxt isə 20 dəqiqə təşkil etdi, nəticədə biz 30 dəqiqə getdik və sürücü məndən 12 azn aldı. Bunu necə izah etmək olar?

Səfərin son dəyəri yalnız taksometrin göstəricilərinə əsasən hesablanır və saytdakı (aplikasiyada) informasiyadan fərqlənə bilər, yəni həm arta, həm azala bilər. Bizim təxmini hesablamalarımız (həmçinin vaxt üzrə) yoldakı vəziyyəti (tıxac, işıqforda gözləmələr) və yekun dəyərə və səfərin müddətinə təsir edə bilən digər şəraiti nəzərə almır.

3) Taksi sifarişi üçün sizdə adi telefon nömrəsi varmı?

Siz bizim taksimizi yalnız *8844 qısa nömrəsi ilə deyil, həmçinin +994 -12-310 — 08–44 nömrəsindən istifadə edərək sifariş edə bilərsiniz:

4) Əgər mən başqa ölkədən gəlirəmsə, taksini hava limanına necə sifariş edə bilərəm?

Azərbaycandan kənarda olarkən, Siz müxtəlif üsullarla müəyyən tarixə və vaxta taksi sifariş edə bilərsiniz:

— bizim birbaşa nömrəmizə zəng etməklə +994-12-310-08-44

— www.citytaxi.az saytında taksi sifarişi formasını doldurmaqla

— App Store və Google Play mağazalarında yerləşdirilən rəsmi City Taxi mobil aplikasiyada taksi sifarişi formasını doldurmaqla

Taksinin gəlmə vaxtını qeyd edərkən, zəhmət olmasa reysin mümkün gecikməsini və baqajın alınması üçün lazım olan vaxtı nəzərə alın.

5) Mən müəyyən tarixə və vaxta əvvəlcədən sifariş edə bilərəm?

Əlbəttə! Siz müxtəlif üsullarla müəyyən tarixə və vaxta taksi sifariş edə bilərsiniz:

— bizim *8844 nömrəmizə zəng etməklə

— bizim birbaşa nömrəmizə zəng etməklə +994-12-310-08-44

— www.citytaxi.az saytında taksi sifarişi formasını doldurmaqla

— App Store və Google Play mağazalarında yerləşdirilən rəsmi City Taxi mobil aplikasiyada taksi sifarişi formasını doldurmaqla.