Taksi xidmətindən istifadə etmək istəyən sifarişçilər üçün ictimai oferta

1. Ümumi müddəalar
1.1. «ŞƏHƏRİMİZ» MMC-nin(VOEN 1802672631)(bundan sonra City Taxi) hər bir fiziki şəxsə (bundan sonra Sifarişçi) Dispetçer və Daşınma xidmətlərindən istifadə haqqında ünvanladığı rəsmi təklifi Sifarişçini nəqliyyat vasitəsi ilə təmin etməyə yönəldilmiş məlumat xidmətinin təqdim olunmasına dair bütün əhəmiyyətli
şərtlərə malik ictimai ofertadır.
1.2. Azərbaycan Respublikasının Mülki Kodeksinin (AR MK) 400-ci
maddəsinə uyğun olaraq bu sənəd ictimai Ofertadır. Bu Ofertanı qəbul edən Sifarişçi onun şərtləri ilə razılaşır, Ofertanı bütünlükdə və qeyd-şərtsiz təsdiqləyir, həmin Ofertanın şərtlərinə uyğun olaraq şərnişinlərin daşınması xidmətini sifariş və ödəniş edir.
1.3. AR MK-nın 409-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq nəqliyyat vasitəsinin sifarişi Ofertanın aksepti, yəni qəbul olunmasıdır, bu isə hazırki Ofertada, www.citytaxi.az rəsmi internet saytında yerləşdirilmiş xidmət haqqında Qaydalarda göstərilmiş şərtlər əsasında müqavilənin imzalanmasına bərabərdir.
1.4. Ofertanın şərtlərinin yerinə yetirilməsi məqsədilə istifadə olunan ifadələr:
1.4.1 Dispetçer xidməti — növbəti funksiyaları yerinə yetirən hüquqi şəxs, hal- hazırda City Taxi: daşınmaya dair xidmət göstərilməsi üçün fiziki və hüquqi şəxslərdən (Sifarişçilərdən) sifarişlərin qəbulu (sifarişlərə dair məlumatların işlənməsi və elektron onlayn bazaya daxil edilməsi); icraçıların (Daşıyıcı) sifarişlər haqqında məlumat almalarını təmin etmək. Dispetçer xidməti daşıyıcı deyildir, belə ki, bilavasitə daşınma xidmətini yerinə yetirmir, Sifarişçilər ilə İcraçılar (Daşıyıcılar) arasında vasitəçi funksiyasını yerinə yetirir.
1.4.2 Sifarişçi — sərnişinlərin daşınması, baqajın təyin olunan yerə çatdırılması, həmçinin əmanət olunmuş yükün səlahiyyətli şəxsə çatdırılması xidmətlərini sifariş edən fiziki və ya hüqiqu şəxsdir (səlahiyyətli şəxslər).
1.4.3 Daşıyıcı — City Taxi ilə müqavilə bağlamış, gələn sifarişlər haqqında City Taxi tərəfindən lazımi qaydada xəbərdar olunan və sərnişinlərin daşınması, baqajın təyin olunan yerə çatdırılması, həmçinin əmanət olunmuş yükün səlahiyyətli şəxsə çatdırılmasını öz üzərinə götürən hüquqi şəxs və ya fərdi
sahibkardır.
1.4.4 Dispetçer xidmətinin servisləri — Sifarişçilərdən daşınmaya dair
ərizələrin (sifarişlərin) qəbulu, icraçıların (Daşıyıcılar) edilmiş sifarişlər haqqında məlumatla təmin edilməsi məqsədilə sifarişlərin yerinə yetirilməsi üçün lazımi məlumatların işlənməsi və elektron onlayn bazaya yerləşdirilməsi.
1.4.5Daşıyıcının — sərnişinlərin daşınması, baqajın təyin olunan yerə çatdırılması, həmçinin əmanət olunmuş yükün səlahiyyətli şəxsə çatdırılması. Dispetçer xidməti, Daşıyıcıların göstərdikləri xidmətin qayda və şərtləri haqqında məlumatla City Taxi -nin www.citytaxi.az rəsmi internet saytında tanış olmaq və ya *8844 telefonu ilə əlaqə saxlamaqla öyrənmək olar.
1.4.6Sərnişin ― daşınması sifarişin parametrlərinə uyğun olaraq həyata keçirilən fiziki şəxsdir.
1.4.7Baqaj ― sərnişinin taksi vasitəsilə apardığı əşyalarıdır (əmlakıdır). 1.4.8Marşrut ― Daşınmaya dair sifarişin parametrlərinə uyğun olaraq yola
düşmə nöqtəsi ilə təyin olunan yer arasında nəqliyyat vasitəsinin hərəkət istiqamətidir.
2. Ofertanın predmeti
2.1. Bu müqaviləyə əsasən Dispetçer xidməti sifarişlərə dair məlumatları daşınmaya dair sifarişdə (bundan sonra Sifariş) qeyd olunmuş qayda və müddətdə qəbul etməli, işləməli, qeydə almalı və Daşıcıya ötürməlidir, Sifarişçi isə bu
müqavilənin şərtlərinə uyğun olaraq, həmçinin bu müqavilənin 1 No-li Əlavəsinə əsasən daşınma üzrə xidmətə görə ödəniş etməyi öhdəsinə götürür.
2.2. Sifariş Dispetçer xidməti tərəfindən *8844 telefon nömrəsi vasitəsilə, yaxud onlayn olaraq www.citytaxi.az rəsmi saytında və ya City Taxi -nin Google Play və ya App Store mobil aplikasiyanın mağazalarında yerləşdirilmiş rəsmi mobil səhifələrinin köməyilə qəbul olunur.
2.3. Daşınmaya görə xidmətin dəyəri müqavilənin 1 No-li Əlavəsində göstərilmişdir. Tərəflər razılaşırlar ki, bu ofertanı qəbul etməzdən əvvəl Sifarişçi ofertanın 1 No-li Əlavəsində, Qaydalarında göstərilən xidmətin tarif və şərtləri ilə, tərkibinə həmçinin Sifarişçi xidmətdən imtina etdikdə Dispetçer xidməti və Daşıyıcılar arasında məsuliyyətin bölünməsinə dair məlumatın əks olunduğu Dispetçer xidməti və Daşıyılar arasında imzalanmış səciyyəvi müqavilə ilə tanış olub razılşmışdır. Qeyd olunan sənədlər həmçinin www.citytaxi.az ünvanında yerləşən internet saytında yerləşdirilmişdir.
2.4. Tərəflər razılaşırlar ki, Sifarişçidən (Müştəridən) Daşınma xidmətini həyata keçirtmək haqqında (m. 1.4.5) sifarişin (ərizənin) daxil olması faktı İctimai Ofertanın tam və qeyd-şərtsiz aksepti, qəbulu deməkdir, həmçinin Sifarişçinin (Müştərinin) bu Oferta,mətni www.citytaxi.az saytında yerləşdirilmiş, daşınmaya dair xidmətin göstərilməsi Qaydalarını,bu müqavilənin 1No-li Əlavəsində qeyd olunmuş tariflər ilə razılaşması deməkdir.
2.5. Sifarişçinin növbəti hərəkətlərin istənilən birini icra etməsi bu Ofertanın şərtlərinin aksepti, qəbul edilməsi deməkdir: *8844 nömrəsi, rəsmi www.citytaxi.az internet saytı ilə onlayn və ya mobil cihazlar üçün rəsmi səhifələrin köməyilə, xüsusi nümayəndələr və digər vasitələrlə daşınma xidmətlərini sifariş etmək.
2.6. Müqavilədə (Əlavə No 1) qeyd olunmayan əlavə xidmətlərin dəyəri Tərəflər arasında razılaşdırılır.
2.7. Dispetçer xidmətinin işçisi və Sifarişçilər arasındakı telefon danışıqları xidmətin göstərilmə keyfiyyətini artırmaq, City Taxi -nin fəaliyyətinə daxili nəzarəti həyata keçirtmək və Sifarişlərin yerinə yetirilmə keyfiyyətinə nəzarət etmək məqsədilə yazıya alına bilər.
2.8. Sifarişçinin şəxsi məlumatlarının toplanması və işlənməsi zamanı Dispetçer xidməti «Şəxsi məlumatlar» müddəasına, həmçinin bu Ofertanın 10-cu bölməsində şəxsi məlumatların toplanması və işlənilməsinə dair müəyyən edilmiş
qaydalara əməl edir.
2.9. Rəsmi internet saytında təqdim olunmuş bütün məlumatlar yalnız istinad
üçündür və xidmətlərin müəyyən səciyyəvi xüsusiyyətlərinə dair tamamilə dəqiq məlumat verə bilməz. Sifarişçinin xidmətin səciyyəvi xüsusiyyətlərinə dair sualı olduqda sifariş yerləşdirməzdən əvvəl bu müqavilənin 2.2 bəndində göstərilmiş telefon nömrəsi ilə City Taxi -nin mütəxəssisi ilə əlaqə saxlaması tövsiyə olunur.
3. Tərəflərin vəzifələri.
3.1 Sifarişçi aşağıdakıları öhdəsinə götürür:
3.1.1. Avtomobilin yola düşmə nöqtəsinə vaxtında göndərilməsini təmin etmək məqsədilə Dispetçer xidmətinə daşınma xidmətini yerinə yetirmək üçün əvvəlcədən müraciət (sifariş) etmək. Sifariş zamanı bu məlumatlar təqdim olunmalıdır: Sifarişçinin telefon nömrəsi, tarif (standart, komfort, biznes, əlavə, hava limanı və vağzallara getmək üçün tarif və s.), olduğu yer (ünvan) və avtomobilin göndərilmə vaxtı; çatdırılma yeri (çatdırılma ünvanı), sərnişinlərin sayı, baqajın mövcudluğu və onun ölçüləri, əlavə xidmətlərə ehtiyac olub-olmaması, onların növləri. Əlavə xidmətə ehtiyac olarsa: 12 yaşa qədər uşaqların daşınması üçün uşaq oturacağı, Sifarişçi Dispetçer xidmətinə daşınma xidmətini sifariş edərkən xəbərdar etməyə borcludur. Uşaq oturacağı ya Sifarişçi (Müştəri) tərəfindən, ya da onun xahişi ilə Daşıyıcı tərəfindən əlavə ödəniş müqabilində təmin olunur. Bu zaman maşında uşaq kreslosu yalnız Sifarişçi tərəfindən əvvəlcədən, yəni daşınmaya dair sifariş həyata keçirilərkən Daşıyıcı xəbərdar olunduqda təmin olunur. Heyvanların yetkin yaşlı insanın müşayiəti olmadan daşınması qadağandır.
3.1.2 SMS-məktubu aldıqdan sonra Sifarişçi oradakı məlumatlar ilə tanış olmalı, Daşınmaya dair sifariş parametrlərinin (parametrlər bu müqavilənin 3.1.1 maddəsində sadalanmışdır) bazaya düzgün daxil edilməsini yoxlamalıdır, məlumatların uyğunsuzluğunu gördüyü halda bu müqavilənin 2.2 maddəsində qeyd olunan telefon nömrəsi vasitəsilə sifarişin korrektə edilməsi üçün Dispetçer
xidmətinə məlumat verməlidir. Sifarişçi bu bənddə qeyd olunan vəzifələri yerinə yetirmədikdə, Dispetçer xidməti sifarişin düzgün həyata keçirilməməsi haqqında iradları qəbul etmir, bu halda sifarişin düzgün yerinə yetirilməməsi və onun mümkünəticələrinə dair bütün məsuliyyət Sifarişçinin üzərinə düşür.
3.1.3 Bu müqavilənin 2.2 maddəsində göstərilən telefon nömrəsinə zəng etməklə istənilən vaxt (gecə-gündüz) məlumat alaraq sərbəst şəkildə sifarişinin yerinə yetirilməsini izləmək.
3.1.4 Dispetçer xidmətinə operativ şəkildə və əvvəlcədən (yəni sifarişin yerinə yerililmə vaxt çatmazdan (avtomobil gəlməzdən) əvvəl) sifarişdə hər hansı (bütün) dəyişiklik haqqında xəbər vermək.
3.1.5 Avtomobildə təmizlik, qayda-qanun, sanitar-gigiyenik normalara riayət etmək; nəqliyyat vasitəsində spirtli içkilər və qida məhsullarının qəbulu qadağandır. Nəqliyyat vasitəsinin zədələnməsi (korlanması) hallarında onun korlanması Sifarişçiyə, həmçinin onun səbəb olduğu vəziyyətə görə baş verdikdə
Sifarişçi Daşıcıya yetirdiyi ziyanı qanuna və ya bu müqaviləyə uyğun olaraq ödəməlidir (həmçinin dəymiş ziyanın bərpa olunmasının dəyəri).
3.1.7 Nəqliyyat vasitəsini baqaja malik sərnişinlər və yük (sərnişin müşayiət etmədən) daşımaq üçün istifadə etmək, bu zaman sərnişinlərin sayı bu nəqliyyatdakı yerlərin sayından çox olmamalıdır.
3.1.8 Nəqliyyatdan istifadə zamanı (vağzal, hava limanları, mehmanxanalarda və s.) ödənişli dayanacaqların pulunu təyin olunmuş tariflər əsasında öz hesabına ödəmək. Pullu dayanacaqların tarif ölçüsü daşınma xidmətinin icraçısı, Dispetçer xidmtindən asılı deyildir.
3.1.9 Avtomobilin yük yerində daşınan baqaj üçün kifayət qədər yer olmadıqda (əl yükündən başqa) əlavə məbləği ödəmək.
3.1.10 Daşıyıcının göstərdiyi xidmətə görə ödənişi bu müqavilə və onun 1No-li Əlavəsində göstərilən müvafiq şərtlərinə uyğun olaraq lazımi məbləğdə və vaxtında edərək pul vəsaitlərini daşınma xidmətini yerinə yetirmiş sürücüyə vermək. Sifarişçi avans ödənişi etdikdə göstərilən xidmətin haqqı xidmət həyata keçirildikdən sonra Sifarişçinin hesabından silinir. Hər daşınmanın qiyməti qüvvədə olan tarifə, nəqliyyat vasitəsinin faktiki məşğulluq vaxtı və marşrutun hərəkət etdiyi faktiki kilometraja əsasən hesablanılır.
3.1.11 Daşıyıcının avtomobiliyola düşmə yerinə (Sifarişçinin qeyd etdiyi ünvana) gəldikdən sonra gözləmə vaxtını 11-ci dəqiqədən etibarən Müştərinin sifariş etdiyi qüvvədə olan zaman tarifinə əsasən ödəmək. Beləliklə, Sifarişçiyə avtomobil göndərildikdə avtomobilə yaxınlaşmaq üçün sifariş olunan tarifə əsasən ona ödənişsiz gözləmə dəqiqələri təqdim oluna bilər. Ödənişsiz gözləmə vaxtı ya Dispetçer xidməti Sifarişçinin mobil telefonuna avtomobilin gəlməsi haqqında sms- xəbərdarlıq göndərdiyi andan və yaxud avtomobilin gəlməsi haqqında telefonla xəbərdarlıq edildikdə, lakin sifarişin parametrlərinə uyğun olaraq avtomobilin gəlməsinin nəzarət vaxtından tez olmayaraq keçməyə başlayır.
3.1.12 Xidmətin həyata keçirilməyə başlamasından ən azı 20 dəqiqəəvvəl (avtomobilin Sifarişçinin göstərdiyi ünvana gəlmə vaxtı) Sifarişdən imtina etdiyinə görə və ya avtomobilin Sifarişçinin göstərdiyi ünvana gəldikdən sonra sifarişdən imtina etdiyinə görə sifariş edilən tarifə uyğun olaraq minimal daşınma dəyərindəcəriməni ödəmək. Cərimə Dispetçer xidməti tərəfindən birtərəfli qaydada
(həmçinin Sifarişçinin razılığı olmadan) Sifarişçinin hesabından silinir. Cərimənin məbləği istənilən hada, hətta mənfi balans olduqda belə silinir.
3.1.13 Hazıki müqavilədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Hər səfər başa çatdıqda xidmətdən istifadə edən Sifarişçinin aşağıdakı hüquqları var:
— Daşıyıcıdan xidmətin həyata keçirilmə faktını: vaxt, marşrut və göstərilmiş xidmətin qiymətini təsdiqləyən rəsmiləşdirilmiş nəqliyyat qəbzini tələb etmək, heç bir narazılıq olmadıqda qəbz Sifarişçi tərəfindən imzalanmalıdır;
— bu müqavilənin 2.2 bədnində qeyd olunan telefon nömrələri və ya elektron poçt ünvanı (ünvan www.citytaxi.az saytının «Əlaqə" bölməsində yerləşdirilmişdir) vasitəsilə Dispetçer xidmətinə sifarişin yaxşı yerinə yetirilmədiyinə görə iradlarını bildirmək.
3.3. Dispetçer xidmətinin vəzifələri:
3.3.1 Bu müqavilənin 2.1–2.2 bəndlərinə əsasən Sifarişləri qəbul etmək, qeydiyyata almaq və Müştərinin sifarişi əsasında sərnişinlərin daşınmasını təşkil etmək üçün sifariş haqqında məlumatları Daşıyıcıya ötürmək.
3.3.2 Hazırki müqavilənin 2.1 bəndinə əsasən xidmətlərin yerinə yetirilməsinə Sifariş daxil olduqdan sonra vaxtında başlamaq, telefon vasitəsilə sifariş olunduqda Sifarişin parametrlərinin Sifarişçinin sözlərinə əsasən məlumat sisteminə daxil edilməsini təmin etmək. Sifariş onlayn rejimdə yerləşdirildikdə isə sifariş parametrlərinin düzgün yerləşdirilməsinə görə məsuliyyət Sifariçinin üzərinə düşür.
3.3.3 Sifarişin Müştərinin göstərdiyi vaxtda yerinə yetirilməsi məqsədilə Daşıyıcının sifariş məlumatlarını vaxtında alması üçün hər cür lazımi şəraiti yaratmaq, məlumat sisteminin fasiləsiz və müntəzəm işini təmin etmək. Sifarişlərə aid daxil edilmişməlumatların minik taksisi ilə sərnişin və baqajın daşınmasını həyata keçirməyə icazəsi olan Daşıyıcılar tərəfindən almasına nəzarət etmək.

3.3.4 Sifariş City Taxi -nin Google Play və ya App Store mobil aplikasiyanın mağazalarında yerləşdirilmiş rəsmi mobil səhifələrinin köməyi ilə həyata keçirilərkən Dispetçer xidməti Sifarişçini sifarişin yerləşdirilmə mərhələləri haqqında qeyd olunan mobil aplikasiyalar vasitəsilə məlumatlandırmağı öhdəsinə götürür.
3.3.5 Sifarişçini xidmətlərin mövcud qaydalarındakı bütün dəyişikliklər,o cümlədən tarif və qiymətlərdə edilən dəyişikliklər haqqında müvafiq məlumatın City Taxi -nin rəsmi saytında yerləşdirilməsi yolu ilə əvvəlcədən (dəyişikliklərin qüvvəyə minməsindən 5 (beş) təqvim günündən az olmayaraq) yazılı formada məlumatlandırmaq. Sifarişçi bu məlumatlarla müstəqil surətdə və vaxtında tanış olmalıdır. Bununla bərabər, xidmətlərin tarif və qiymətlərindəki dəyişikliklər (həmçinin artım) Dispetçer xidməti tərəfindən birtərəfli qaydada həyata keçirilə bilər.
3.3.6 Baqajı ölçüləri etibarilə normanı ötən sərnişinlərə bu yükün daşınması üçün Daşıyıcı ilə ayrıya razılaşmanın zəruriliyi haqqında məlumat vermək.
3.3.7 Daşıyıcı ilə Sifarişçi arasında mübahisəli vəziyyət yarandıqda, Sifarişçi və ya Daşıyıcıdan narazılıq, şikayət daxil olduqda yaranan mübahisənin həll olunmasına, həmçinin danışıqlar aparmağa yardım etmək. Daxili yoxlama apardıqdan sonra Dispetçer xidməti Sifarişçi və ya Daşıyıcını (taqsırın dərəcəsindən asılı olaraq) cərimə etmək hüququna malikdir, cərimənin ölçüsü Dispetçer xidməti tərəfindən müstəqil olaraq müəyyən edilir, lakin bu məbləğ sifariş olunmuş xidmətin birdəfəlik qiymətindən çox ola bilməz.
3.4 Dispetçer xidmətinin hüquqları:
3.4.1 Müştəridən sifariş qəbul etdikdən 30 dəqiqə ərzində,vaxtında sifarişçinin mobil telefonuna sms-məktubu göndərərək sifarişin qəbul olunduğunu təsdiqləmək, sonra isə avtomobilin markası, nömrəsi, sürücünün telefon nömrəsi və adından, avtomobilin göndərilmə vaxtı və yerindən ibarət sms-məktubu göndərməlidir.
Daşıyıcınınavtomobili Sifarişçinin göstərdiyi ünvana çatdıqda Sifarişçinin telefonuna sms-məktunu göndərməklə və ya onunla telefon vasitəsilə əlaqə saxlamaqla avtomobilin çatması haqqında məlumat vermək. Sifarişçinin telefon nömrəsinə Dispetçer xidmətinin operatoru tərəfindən zəng olunmadıqda, yuxarıda qeyd olunan sms-məktubları (həmçinin Dispetçer xidməti tərəfindən sifarişin təsdiq olunması haqqında birinci sms-məktub) gəlmədikdə Sifarişçi lazımi ehtiyat tədbiri görərək həm Dispetçer xidməti, həm də Daşıyıcı tərəfindən sifarişinin qəbul olunduğuna əmin olmaq üçün bu müqavilənin 2.2 bəndində qeyd olunan nömrələr ilə Dispetçer xidmətinə zəng edib Sifarişin statusunu dəqiqləşdirməlidir. Göstərilən sms-məktublarının istiqaməti Dispetçer xidməti tərəfindən könüllü şəkildə həyata keçirilir və məcburi deyildir.
3.4.2 Daşınmaya görə bu ofertanın şərtləri, 1No-li Əlavədə göstərilən tarif və qiymətlər, xidmət Qaydaları ilə bağlı narazılığını bildirən Müştəridən sifarişi izahat vermədən qəbul etməkdən imtina etmək.
3.4.3 Gözlənilməyən hadisə baş verdikdə, yəni hər hansı bir səbəbdən sifarişi yerinə yetirmək mümkün olmadıqda və ya Daşıyıcı Müştərinin sifarişdə qeyd etdiyi müddətdə xidmətin yerinə yetirilməsinə zəmanət verə bilmədikdə, xidməti yerinə yetirməyə başlamazdan əvvəl (Müştərinin sifarişində qeyd etdiyi vaxt) iyirmi dəqiqədən gec olmayaraq telefon vasitəsilə əlaqə saxlamaqla və ya sms-məktubu göndərməklə Sifarişçiyə məlumat vermək. Bu halda hazırki bənddə qeyd olunan sms-məktubun istiqaməti məcburi xarakter daşımır, Dispetçer xidmətinin vəzifəsi deyildir və könüllü şəkildə həyata keçirilir.
3.4.4 Daşınma həyata keçirilərkənəqliyyat vasitəsində texniki nasazlıq baş verdikdə ən qısa zamanda onun əvəz olunmasını təmin etmək, bu halda digər nəqliyyat vasitəsinin təqdim olunma vaxtı Sifarişçi tərəfindən ödənilmir.
3.4.5 Hazırki Ofertanın şərtlərində xidmət texnologiyasını daim təkmilləşdirmək məqsədilə dəyişiklik etmək, bu halda qeyd olunandəyişikliklər
www.citytaxi.az saytının «İctimai oferta» bölməsində yerləşdirildikdən beş təqvim günü ötdükdən sonra qüvvəyə minir.
4. Hesablama qaydası
4.1. Daşıyıcı tərəfindən minik taksisi vasitəsilə sərnişin, baqaj və yükün daşınması xidmətinin ödənişi Sifarişçi tərəfindən həyata keçirilir:
- daşınma xidməti yerinə yetirildikdən dərhal sonra (çatdırılma ünvanına çatdıqda) taksometrin göstəricisinə uyğun olaraq pul vəsaitlərinin Daşıyıcıya
(nəqliyyat vasitəsinin sürücüsünə) nağd ötürülməsi yolu ilə.
4.2. Göstərilmiş daşınma xidmətinə görə ödənişin ölçüsü City Taxi tərəfindən
təsdiqlənmiş tarifə və avtomobilin göndərildiyi zaman qüvvədə olan sifarişə əsasən müəyyən olunur. Bu zaman tərəflər arasında tariflərə dair xüsusi razılaşma olmur, güman olunur ki, Sifarişçi qüvvədə olan tariflərlə tanış olub və onlarla razıdır.
4.3. Xidmətləri nağd pul vəsaiti ilə ödədikdə Sifarişçi Dispetçer xidməti və ya Daşıyıcıya qarşı hər hansı iradını məbləğdən pul tutmaq vasitəsilə bildirmək hüququna malik deyildir. Sifarişçi yerinə yetirilmiş siafrişi qüvvədə olan tariflərə əsasən tam olaraq ödəməlidir və eyni zamanda, bu ofertanın 3.2 bəndinə əsasən öz iradlarını da bildirmək hüququna malikdir.
5. Tərəflərin məsuliyyəti
5.1 Vəzifələrini düzgün yerinə yetirmədiklərinə görə tərəflər hazırki müqavilə və qüvvədə olan AR qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
5.2 Sifarişçi və ya sərnişinin taqsırı ilə bağlı olaraq xidmətin yerinə yetirilməsi mümkün olmadıqda, habelə nəqliyyat yollanma ünvanına çatdıqda müştəri sifarişdən imtina etdikdə Dispetçer xidməti Sifarişçini sifariş olunmuş xidmətin birdəfəlik məbləği ölçüsündə sifariş olunmuş tarifə uyğun olaraq cərimə etmək hüququna malikdir. Cərimə ya avtomobil yollanma ünvanına çatdıqda Sifarişçinin Daşıyıcıya (sürücüyə) pul vəsaitlərini ötürməsi yolu ilə ödənilir və yaxud Dispetçer xidməti tərəfindən birtərəfli qaydada Sifarişçinin hesabından silinir və pul
vəsaitləri və ya bonus ballarının (ballar daşınma xidməti yerinə yetirildikdən sonra əlavə olunur) hesabına ödənilir. Sifarişçinin hesabında pul vəsaiti və bonus balı olmadıqda cərimə məbləği hesabın balansında əksini tapır. Cəriməyə görə borc ödənilənə qədər Sifarişçiyə daşınma xidməti göstərilmir, onun sifarişi qəbul olunmur.
5.3 Dispetçer xidməti hazırki müqaviləyə (2.1–2.2 bəndi) əsasən vəzifələrinin düzgün yetirilmədiyinə görə məsuliyyət daşıyır, yəni:
sifariş üzrə məlumatların yanlış daxil edilməsi (yəni Sifarişçinin təqdim etdiyi məlumatların daxil edilən məlumatlardan fərqlənməsi, məsələn, ünvanın, tarixin, avtomobilin gəlmə vaxtının və s. düzgün daxil edilməməsi);
Müştəridən gələn sifarişlərdən ibarət məlumatların yerləşdiyi onlayn sistemə Daşıyıcıların girişi təmin edilmədikdə;
məlumat sisteminin fasiləsiz və müntəzəm işi təmin edilmədikdə.
Bu zaman enerji təhcizatı təşkilatlarının elektrik enerji təminatını dayandırması, peyklərlə əlaqənin kəsilməsi, İnternet şəbəkəsi ilə əlaqənin olmamsı, yaranması və aradan qaldırılması Dispetçer xidmətindən asılı olmayan digər texniki nasazlıqlar fors-major hallar hesab olunur.
Sifarişin tam və ya qismən dayandırılması avadanlığın, mobil aplikasiyanın təminatının dəyişdirilməsi və ya işləmək qabiliyyətinin artırılmasının zəruriliyi və Dispetçer xidmətinin texniki vasitələrinin inkişafının səbəb olduğu digər işlərin aparılması ilə bağlı olduqda, lakin City Taxi -nin saytında müvafiq məlumatın yerləşdirilməsi yolu ilə Sifarişçi əvvəlcədən xəbərdar olunduqda Dispetçer xidməti heç birməsuliyyət daşımır.
Sifarişçiyə sms-məktubu vaxtında çatdırlmadıqda (gəlmədikdə) Dispetçer xidməti məsuliyyət daşımır, belə ki, onların çatdırılması Dispetçer xidmətinin öhdəsində olmayan rabitə operatorları (üçüncü şəxslər) vasitəsilə həyata keçirilir.
Dispetçer xidməti öz vəzifələrini yerinə yetirmədikdə, Sifarişçinin daşınma xidmətini yerinə yetirmək üçün üçüncü şəxslərə müraciət etmək hüququ vardır, Dispetçer xidməti isə üçüncü şəxslərin xidmətinin dəyərini kompensasiya etməyə borcludur. Bu kompensasiyanın ölçüsü Müştərinin Dispetçer xidməti vasitəsilə daşınmaya görə etdiyi sifarişin dəyərinin,1No-li Əlavədə göstərilən tariflər nəzərə alınmaqla, ikiqat ölçüsündən çox ola bilməz. Kompensasiya almaq üçün Sifarişçi lazımi qaydada tərtib edilmiş çek, qəbz və ya xərclərin ölçüsünü təsdiqləyən digər sənədləri təqdim etməlidir.
Sifarişçiyə göndərilən sms-məktubunun tərkibindəki məlumat yanlış olduqda (səhvdirsə) və o hazırki müqavilənin 3.2.1 bəndinə uyğun olaraq vəzifəsini yerinə yetirmədikdə, yəni sms-məktubu ilə tanış olmadıqda və Dispetçer xidmətinə telefon vasitəsilə bazaya məlumatın yanlış daxil edilməsi haqqında məlumat vermədikdə Dispetçer xidməri Sifarişçi qarşısında məsuliyyət daşımır.
Daşıyıcı müəyyən sifarişi yerinə yetirməyi öhdəsinə götürdükdə (bu onlayn sistemdə əksini tapır) Sifarişçi qarşısında bütün məsuliyyət Daşınma xidmətini lazımi qaydada yerinə yetirməyə cavabdeh olan Daşıyıcının üzərinə düşür. Daşıyıcının siafrişi qəbul etməsi həmçinin Siafrişçiyə avtomobilin markası, dövlət qeydiyyat nömrəsi, sürücünün adı və telefon nömrəsindən ibarət məlumatlara malik sms-məktubunun göndərilməsi ilə təsdiqlənir.
Avtomobil Daşıyıcıya görə vaxtında göstərilən ünvana çatdırılmadıqda, yaxud o çatdırılmadan imtina etdikdə (Sifariş müəyyən Daşıyıcı tərəfindən qəbul olunduqda), Dispetçer xidməti Daşıyıcının hesabından pul vəsaitlərini cərimə olaraq silir. Cərimənin ölçüsü Dispetçer xidməti ilə Daşıyıcı arasındakı müqavilənin şərtlərinə uyğun olaraq müəyyən olunur.
5.4 Dispetçer xidməti öz vəzivələrini lazımi qaydada yerinə yetirdiyi hallarda, yəni Sifariş haqqında məlumatları düzgün yerləşdirir və Daşıyıcını daxil olmuş Siafriş haqqında məlumatlarla vaxtında təmin edir, lakin onun yerinə yetirilməsinə
dair Daşıyıcılardan razılıq əldə olunmadıqda (müəyyən Daşıyıcı tərəfindən Sifariş qəbul olunmadıqda), nə Dispetçer xidməti, nə də Daşıyıcı Sifarişçi qarşısında məsuliyyət daşımırlar, Sifarişçinin iradları qəbul olunmur. Bu hallarda Dispetçer xidməti Müştəriyə Sifarişin yerinə yetirilməsinə dair sms-məktub (avtomobilin markası, dövlət qeydiyyat nömrəsi, sürücünün adı və telefon nömrəsi haqqında)göndərmir, bu isə o deməkdir ki, Daşıyıcı Sifarişi qəbul etməyib.
5.5 Dispetçer xidməti ilə Daşıyıcılar arasında məsuliyyətlərin bölünməsinə dair məlumat, Daşıyıcıların səlahiyyətlərinin müəyyən hissəsini Dispetçer xidmətinə verməsi www.citytaxi.az saytında yerləşdirilmişdir. Bu məlumatlar həmçinin xidmət göstərilməsinə dair Qaydalar, Dispetçer xidməti ilə Daşıyıcılar arasında bağlanmış səciyyəvi müqavilədə öz əksini tapmışdır.
5.6 Sifarişçi öz vəzifələrini yetirməsinə görə AR-nin qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
6. Fors-Major
6.1 Aradan qaldırılması mümkün olmayan, yəni fövqəladə və qarşısı alınmaz hadisələr (fors-major) baş verdikdə, həmçinin müqavilənin şərtlərini yerinə yetirməyə əngəl olan dövlətərəfindən qanunvericilik aktı, yerli orqanların sərəncamlarının qəbul olunması hallarında bu müqaviləyə əsasəntərəf vəzifələrini qismən və ya yarımçıq yerinə yetirdiyinə görə məsuliyyətdən azad olunur. Aradan qaldırılması mümkün olmayan hadisələr dedikdə, bu müqaviləni bağladıqdan sonra tərəfin qabaqcadan bilmədiyi və ya adətən gördüyü tədbirlər vasitəsilə qarşısına ala bilmədiyi fövqəladə xarakterli hallar nəticəsində yaranan hadisələr nəzərdə tutulur. Daşıyıcının iştirakı ilə, istər avtomobil yola düşmə ünvanına yollanarkən, istərsə də Sifarişi yerinə yetirərkən baş verən yol qəzaları Fors-major hesab olunur. Yol qəzası avtomobil yola düşmə ünvanına yollanarkən baş verdikdə, bu fakt fors-major kimi qəbul edilərsə, bu zaman nə Daşıyıcı, nə də Dispetçer xidməti Sifarişçi qarşısında məsuliyyət daşımır, bu halda sifarişə görə

ödəniş edilmir. Yol qəzası daşınma xidməti yerinə yetirilərkən baş verərsə, Sifarişçi daşınma xidmətini ödəməkdən azad edilir.
6.2. Müqaviləyə əsasən fors-major hadisələrinin yaranması ilə bağlı olaraq öhdəsinə düşən vəfizəni yerinə yetirə bilməyən tərəf dərhal digər tərəfi yuxarıda göstərilən hadisənin baş verməsi haqqında xəbərdarlıq etməlidir.
7. Münaqişələrin həll olunması
7.1 Hazırki müqaviləni icra edərkən və ya onunla bağlı, həmçinin onun pozulması, xitam verilməsi və ya etibarsızlığı ilə əlaqədar tərəflər arasında yarana biləcək bütün mübahisə, ixtilaf və tələblər danışıqların aparılması yolu ilə tənzimlənməlidir. Mübahisə yarandıqda onun iddia qaydasına uyğun olaraq tənzimlənməsi mütləqdir. İddia yazılı şəkildə müəyyən tərəfə göndərilir. İddianın baxılma və cavablandırılma müddəti daxil olduğu andan etibarən 20 gün ərzində təyin edilir.
7.2. Bu müqavilənin 7.1 bəndində göstərilən mübahisə, ixtilaf və tələbləri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda onlara AR-nin qanunvericiliyinə uyğun olaraq məhkəmədə baxılmalıdır.

8. Ofertanın qüvvədə olma müddəti
8.1 Ofertanın şərtləri Sifarişçidən Dispetçer xidmətinə bu ofertada müəyyən olunmuş qaydada daşınma xidmətinə dair sifariş daxil olarkən qüvvəyə minir və tərəflərin sifariş üzrə vəzifələrini tam şəkildə yerinə yetirdikləri vaxta qədər qüvvədə qalır.
9. Xüsusi şərtlər
9.1 Daşınma xidmətini yerinə yetirərkənəqliyyat vasitəsinin sürücüsü (Daşıyıcı) Sifarişçinin ixtiyarına keçir, bu zaman Daşıyıcı həm sifarişin yerinə yetirilməsinə, həm də Sifarişçinin yol hərəkəti qaydalarına, Nəqliyyat Nizamnaməsi, digər normativ-hüquqi aktlara zidd olmamaq şərtilə, göstərişlərini yerinə yetirməyə görə məsuliyyət daşıyır. Sifarişçinin göstərişlərini yerinə
yetirərkən Daşıyıcıya cərimə tədbirləri tətbiq olunarsa və ya o maddi zərər çəkərsə, bu zaman onlar AR-nin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Sifarişçi tərəfindən ödənməlidirlər.
9.2. Daşıyıcının yol qaydalarını pozması nəticəsində baş verən yol qəzası hallarında o sərnişinlərə və yükə dəyən ziyana görə tam məsuliyyət daşıyır.
9.3 Ofertanın şərtləri ilə razılaşaraq Sifarişçi şəbəkə vasitəsilə yayılan reklam məlumatlarının alınmasına görə də razılığını bildirmiş olur, raklama dair normativ-hüquqi aktlarda bu razılığın vacibliyi nəzərdə tutulan hallar üçündür.
9.4 Sifarişçi (Müştəri) tərəfindən müqavilənin şərtləri pozulduqda Dispetçer xidməti birtərəfli qaydada (Sifarişçinin razılğı olmadan) sifarişlərin qəbulu xidmətini dayandırmaq hüququna malikdir.
9.5 Hazırki müqavilənin (İctimai Ofertanın) bütün dəyişiklik və əlavələriyazılı qaydada həyata keçirilib City Taxi -nın saytında yerləşdirildikdə etibarlı sayılır. Lazımi hallarda tərəflər bir-birlərinə hazırki müqavilənin icrasına aid faks, teleqraf və ya digər vasitələrlə məktublar göndərə bilərlər. Tərəflərin bütün şifahi razılaşmaları müqavilənin müddəalarına zidd ola və/və ya onları dəyişdirə bilməz.
9.6 Hazırki müqavilədə toxunulmayan hər hansıməqam ortaya çıxdıqda, Tərəflər AR-nın qüvvədə olan qanunvericiliyini rəhbər tutmalıdırlar.
10. Şəxsi məlumatlar
10.1 Sifariş yerinə yetirilərkən hazırki ofertanın şərtlərini yerinə yetirmək məqsədilə Sifarişçi şəxsi məlumatlarının toplanması və işlənməsinə razılıq verir.
10.2 Dispetçer xidmətihazırki ofertanın şərtlərini yerinə yetirmək məqsədilə Sifarişçinin şəxsi məlumatlarını (soyad, ad, əlaqə nömrələri, ünvan və s.) qəbul edir (toplayır) və işləyir.
10.3 Sifarişçilərin şəxsi məlumatlarının toplanması və işlənməsi zamanı Dispetçer xidmətinin hazırki müqavilənin 10.2 bəndində göstəriləndən başqa məqsədləri yoxdur.
10.4 Sifarişçilərin şəxsi məlumatlarını yalnız bilavasitə sifarişin yerinə yetirilməsi ilə əlaqədar şəxslər əldə edə bilərlər.
11. Müəllif hüquqları
11.1 www.citytaxi.az rəsmi internet saytında yerləşdirilən bütün yazılı məlumatlar və qrafik təsvirlər City Taxi nin mülkiyyətidir və onların surətinin çıxarılması yalnız City Taxi nin icazəsi ilə mümkündür.