Telefonla zəng edərək əvvəlcədən sifarişi etmək olar, bu hava limanında avtomobil sifariş etməkdən daha ucuz başa gələcək.

Görüş tarifinə hava limanlarında, vağzallarda pullu dayanacağın dəyərlərini nəzərə alaraq, gözləmə üçün 10 dəqiqə daxil edilmişdir. Göstərilmiş vaxtdan çox gözləmə vaxtının ödənişi tarif üzrə həyata keçirilir.

Taksidə səfərlər zamanı yol vaxtının hesablanması üzrə tövsiyələr:

Hava limanına səfərlər zamanı avtomobilin verilməsinin tövsiyyə edilən vaxtı — Sizin uçuşunuzdan 3- 3,5 saat əvvəl: 40 dəqiqə-1 saat yola və 2 saat qeydiyyat üçün. Bir qayda olaraq, hava limanında qeydiyyat 2 saat əvvəl başlanır və uçuşa 40 dəqiqə qalmış qurtarır.

Vağzala səfərlər zamanı avtomobilin verilməsinin tövsiyyə edilən vaxtı — Sizin uzaqlığınızdan asılı olaraq qatarın yola düşməsinə 1 saat qalmış.

Nəzərə alın: səfər vaxtından başqa Sizə sürücüylə hesablaşmaq üçün, qatarı və vaqonu tapmaq üçün vaxt lazım olacaq. Sizin üçün əhəmiyyətli olan tədbirlərlə risk etməyin!

«Pik» saatlarda: Sizə səhər 8-dən 10-a qədər və axşam 18-dən saat 20-ə qədər, həmçinin cümə günü və bayramqabağı günlərdə getmə vaxtını adətən olduğundan 40–60 dəqiqə tez hesablamağı tövsiyyə edirik.